6 May 2014 23:54
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın dünyaca məşhur "Le Monde" qəzetində kütləvi istefa olub.

Teleqraf.com-un məlumatına görə, verilən açıqlamada 7 redaktor və 1 redaktor köməkçisinin vəzifəsindən istefa etdiyi bildirilib. İşçilər isə buna səbəb kimi rəhbərliklə aralarında inamsızlıq və anlayış probleminin olduğunu əsas gətiriblər.

İllik büdcəsi 345 milyon avro olan qəzet keçən il 2.5 milyon zərər edib.

Qeyd edək ki, "Le Monde" təxminən 300 min tirajla satılır.

Uğur


Müəllif: