20 Noyabr 2014 08:55
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” QSC-nin tullantıların emalı departamenti yanvar-oktyabr aylarında şirkətin xidmət sahələrində fasiləsizliyin təmin edilməsi, göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirib.

QSC-dən Teleqraf.com-a bildiriblər ki, bu ilin on ayında departament Heydər Əliyev adına Bakı neft emalı zavodundan mexaniki təmizləyici qurğulara daxil olan 7 milyon 640 min kubmetrdən çox sənaye, çirkab və axıntı sularını təmizləyib, texnoloji proseslər nəticəsində formalaşan 10 min 175 tona qədər neftşlam isə müasir qurğular vasitəsilə emal edərək zərərsizləşdirib. Bundan başqa, “Azərneftyağ” neft emalı zavodunun 8-ci sexinin ərazisindən 9 milyon 463 min kubmetrə qədər sənaye çirkab suları təmizlənilib və 8 min 760 ton neftşlam emal olunub.

“AAS-EKOL” MMC-dən departamentin Parafin sexinə daxil olan 133 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılıb. “Sifarişçi” təşkilatlardan qəbul edilmiş 61 min 600 tondan çox müxtəlif növ tullantı departament tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilib.

Həmçinin, “Bakı Ağ Şəhər” layihəsi ərazisindəki istehsalat sahələrindən 2 min 880 kubmetrə qədər sənaye-çirkab suları mexaniki qurğulara nəql edilərək təmizlənilib. ARDNŞ-in neft kəmərləri idarəsinin Dübəndi istehsalat bölməsində isə “axıntı sularının təmizlənməsi” məqsədilə mühəndislik xidmətləri göstərilib.


Müəllif: