20 Noyabr 2014 09:17
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ABŞ-da Ağ Evə daha bir nəfər soxulmağa cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmət İdarəsinin rəsmi nümayəndəsi Nikol Meynor məlumat yayıb.

Onun sölərinə görə, iqamətgaha soxulmağa cəhd edən 41 yaşlı Ayova ştatı sakini, Ar Cey Kafim Məxfi Xidmət İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun avtomobilinə baxış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkarlanıb. Kafim barəsində qanunsuz silah gəzdirmə maddəsi üzrə ittiham irəli sürülüb.


Qeyd edək ki, bu ilin sentyabr ayından indiyədək bu, Ağ Evə soxulmağa çalışan 3-cü şəxsdir.


Müəllif:

Oxşar xəbərlər