ABŞ-ın ardınca İngiltərə Kiyevdə işləyən diplomatlarını çıxaracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı BBC televiziya kanalı yayıb.
Bildirilir ki, Rusiyanın Ukraynanı mümkün işğalı təhlükəsinin artdığı günlərdə İngiltərənin Kiyevdəki ingilis diplomatlarının sayını azaldacaq.
Məlumata görə, İngiltərənin Ukraynadakı diplomatlarının azı əlli faizi təxliyə olunacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Kiyevdəki səfirliyində işləyən diplomatların ailələrinin təxliyə olunmasına yaşıl işıq yandırıb.