24 Yanvar 2022 19:43
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donbasa silahlı hücum təhlükəsi indi çox yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukrayna hakimiyyəti özünü elan etmiş respublikalarla təmas xəttində – sərhəddə çox sayda qüvvə və vasitə cəmləşdirir, bu cəmləşmənin xarakteri doğrudan da hücum hərəkətlərinə hazırlıqdan xəbər verir və həqiqətən də indi belə bir təhlükə mövcuddur”, - deyə D.Peskov bildirib.

Onun sözlərinə görə, Qərbin Ukraynaya silah tədarükü bir daha Kiyevdəki qaynar başları bu əməliyyata başlamağa ilhamlandırır”, hərbi təxribat təhlükəsi isə artır.


Müəllif: Səxavət