24 Yanvar 2022 21:57
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Donbas uğrunda müharibə apardığı illərdə Kiyev və Xarkovda terror partlayışları olmuş, bu zaman Ukraynanın dövlət qurumlarının əməkdaşları hədəf alınmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ukraynanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:

“Başda ABŞ olmaqla Qərb ölkələrinin diplomat ailələri Kiyevi tərk etməyə başlayıblar. Təlimat vətəndaşları olduqları ölkələrinin rəsmi qurumlarından gəlib. Bu, yalnız Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının yüksək olmasıyla əlaqəli deyil. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə Rusiyaya bağlı “yatmış hücrələr” var ki, Moskvadan əmr alan kimi istənilən təxribatı həyata keçirə bilərlər, bu sırada terror aktları da istisna deyil.

Ukrayna Donbas uğrunda müharibə apardığı illərdə Kiyev və Xarkovda terror partlayışları olmuş, bu zaman Ukraynanın dövlət qurumlarının əməkdaşları hədəf alınmışdı. Görünür, Qərb ölkələrinin kəşfiyyat xidmətləri Ukrayna şəhərlərindəki “yatmış hücrələr”in yenidən fəaliyyətə keçəcəklərindən ehtiyatlanırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu