24 Yanvar 2022 22:27
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden bu gün Avropa liderlərinə videozəng edəcək, danışıqlarda Ukrayna ilə bağlı davam edən böhranı müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin dövlət başçısının açıqladığı iş qrafikində bildirilir.

Məlumata görə, Vaşinqton vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 00.00) Ağ Evin sahibi Rusiyanın Ukrayna sərhədlərinə yaxın hərbi birləşmələrinin yerləşdirilməsi mövzusunda məsləhətləşmələr çərçivəsində Avropa ölkələrinin liderlərinə video zəng edəcək.

Danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq, həmçinin Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya liderlərinin iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər