25 Yanvar 2022 10:17
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında gərginlik davam edərkən, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, görüşdə Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarının müzakirə edildiyi bildirilib.

Ukrayna prezident administrasiyasının görüşdən sonra verdiyi açıqlamada qeyd edilib ki, əsas diqqət ölkəmizin təhlükəsizlik riski vəziyyətinin azaldılması üçün beynəlxalq, siyasi və diplomatik səylərin əlaqələndirilməsi olub.

Əlavə edilib ki, görüş zamanı Avropa İttifaqının (Aİ) hazırladığı iqtisadi, siyasi və təhlükəsizlik məsələləri üzrə genişmiqyaslı sanksiyalar paketi müzakirə edilib.

Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının Aİ üçün vacib olduğunu vurğulayan Zelenski hücum halında Rusiyanın ağır iqtisadi xərcləri ödəməli olduğunu vurğulayıb.

Zelenski bu ziyanın Rusiyanın hücumdan sonra deyil, hücum başlamazdan əvvəl ödəməsinin vacibliyinə diqqət çəkib.

Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında bütün Avropa İttifaqına üzv ölkələrin vahid mövqenin qoruyub saxlamasının vacib olduğunu qeyd edən Zelenski elan edib ki, Ukrayna təxribatlara boyun əyməyəcək, ortaqları ilə birlikdə sakit və səbirli olacaq.

Zelenski həmçinin Aİ Şurasının sədri Mişelə diplomatlarını Ukraynada saxlayaraq fəaliyyətini davam etdirərək ukraynalılara dəstək verən ölkələrinin liderlərinə minnətdarlıq edib.


Müəllif: Nemət

Oxşar xəbərlər