25 Yanvar 2022 11:59
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ administrasiyası təhlükəsizlik zəmanəti məsələlərində Rusiyaya təslim olmaq niyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, həmçinin, ABŞ hökumətinin NATO-nun “açıq qapı” siyasətində güzəştə getməkdən imtina etdiyini bildirib.

Prays vurğulayıb ki, Vaşinqtonun atacağı istənilən addım qarşılıqlı xarakter daşımalıdır. Onun sözlərinə görə, Rusiya da təhlükəsizliyi təmin etmək üçün nəsə etməli olacaq.

“Burada əsas məqam ondan ibarətdir ki, bizim atacağımız hər hansı addım güzəşt olmayacaq - bunlar qarşılıqlı əsasda atılmalı olacaq”, - departamentin sözçüsü qeyd edib.

Eyni zamanda, Prays deyib ki, son həftələrdə Ağ Ev səmimi və davamlı olaraq Ukrayna ətrafındakı vəziyyətlə bağlı diplomatiya və dialoq yolunu seçib. Onun sözlərinə görə, ABŞ bu siyasətə sadiq qalmaq niyyətindədir, amma hadisələrin istənilən inkişafına da hazırdır. Bundan əlavə, ABŞ-ın istənilən addımından əvvəl müttəfiqləri və tərəfdaşları, o cümlədən Ukrayna ilə məsləhətləşmələr aparacağını qeyd edib.

Prays həmçinin bildirib ki, ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə bu həftə cavab verəcək.

O söyləyib ki, Moskvaya cavabın verilməsi Vaşinqtonda iki ölkə arasında təmaslarda növbəti addım kimi qiymətləndirilir: “Bundan əlavə, ABŞ öz fikirlərini avropalı müttəfiqləri ilə bölüşüb və onlardan belə bir reaksiya alıb ki, bu da Amerikanın yazılı cavabında yer alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu