25 Yanvar 2022 13:38
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden mikrafonun söndürüldüyünü güman edərək jurnalisti təhqir edib.

Teleqraf.com xəbər verir ki, hadisə prezidentin Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı baş verib.

Prezident Bayden Fox News kanalının müxbiri Peter Dookun “artan inflyasiya ara seçkilərinə təsir edərmi” sualına cavab verib. Mətbuat konfransı bitdikdən sonra Bayden otaqdan çıxmaqda olan jurnalistlərə “bu gözəl fürsət idi” deyib. Bundan sonra mikrafonun söndürüldüyünü güman edən ABŞ prezidenti Peter Dooku nəzərdə tutaraq “Nə qədər axmaq, onun-bunun uşağı” ifadəsini işlədib.

Bu hadisə qısa müddətdə dünyaya yayılıb. Ağ Ev hadisəyə dair açıqlama verməyib. Amma hadisədən bir saat sonra Bayden Peter Dooka zəng vuraraq ondan üzr istəyib. Telefon danışığı zamanı Baydenin jurnalistə “bu şəxsi məsələ deyil” sözünü dediyi də məlum olub.


Müəllif: Nemət