Gecə klubunda iki qrup arasında çıxan silahlı qarşıdurma nəticəsində klub tamamilə yanıb və çox sayda insan ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə İndoneziyanın Qərbi Papua əyalətində baş verib.
Əyalətin polis rəsmisi Adam Ervinq deyib ki, ölənlərdən biri klubda atışan qruplardan birinin üzvüdür.
Ümumilikdə yanan gecə klubundan 18 cəsəd çıxarılıb.