25 Yanvar 2022 12:51
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Şərqi Avropada hərbçilərinin sayını artırmasına, Ukraynaya mümkün rus hücumu öncəsi Qərb ölkələrinin hərbi addımına rəsmi Moskva operativ qarşılıq verib.

Teleqraf.com xəbər verir ki, Rusiya Avropanın bir hissəsi olan Kalinqraddan 20 hərbi gəmi təcili şəkildə ayrılıb.

Moskvanın göstərişi ilə Kalinqraddakı 20 hərbi gəmi təcili şəkildə Baltik dənizinə çıxarılıb.

Rusiya ordusunun “Zvezda” kanalı xəbər verib ki, aralarında “Stoikiv” və “Soobraziteln” kimi yeni nəsil hərbi gəmiləri olan donanma qrupu təlim məqsədilə öz bazalarını tərk edib.

Rusiya mediası bu təlimlərin NATO-nun Şərqi Avropaya hərbçi göndərmə qərarından dərhal sonra həyata keçirilməsinə diqqət çəkir.

Rusiya Müdafiə Nazirliyi isə İdil çayının kənarındakı Engelesdə yerləşən uzunmənzilli strateji bombardmançı təyyarələr-TU-95-lərin fotolarını paylaşıb.

Qeyd edək ki, Engeldəki sözügedən hava bazasının Ukrayna sərhədindən 470 kilometr uzaqlıqda yerləşir.


Müəllif: Nemət