Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, hakimiyyət yanvar iğtişaşlarından dərs çıxarıb, ölkə tezliklə bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti deyib:
“Yanvarın ilk günlərində Qazaxıstan terrorçuların və yaraqlıların misli görünməmiş təcavüzü ilə üzləşdi. Qazaxıstan xalqı Çinin və Mərkəzi Asiyanın qardaş ölkələrinin dəstəyini minnətdarlıqla qəbul edib”.
O qeyd edib ki, Qazaxıstan faciədən dərs alıb.
“Biz bir dövlət və millət olaraq bu faciəli hadisələrdən lazımi dərslər aldıq və təbii ki, tezliklə bərpa olunacağıq”, - deyə Tokayev bildirib.
Tokayev həmçinin, qeyd edib ki, Qazaxıstan hakimiyyəti gömrükdə asayişin bərpası üçün qətiyyətli işə başlayıb.