Rəsmi Varşava Belarusla sərhəd boyu beton divarların inşaatına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Sərhəd Qoşunları komandanlığı məlumat yayıb.
Paylaşılan videoda inşaat işlərinə başlanıldığı elan olunur. Video görüntülərdə sərhəddə işləyən texnika görünür. Qeyd edilir ki, bu, indiyə qədər Sərhəd Qoşunları tərəfindən görülən ən böyük inşaat layihəsi olacaq.
Belarusla sərhədə beton pilitələrin tikilməsi 4 fərqli bölgədə eyni anda başlayıb. Ehtimal olunur ki, 186 kilometrlik sərhəddə bu iş həyata keçiriləcək. Onun maliyyə tutumu 350 milyon avro təşkil edir.