Həbsxanada məhkumlar arasında çıxan davada 9 nəfər öldürülüb, 7 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Kolima şəhərindəki həbsxanada baş verib.
Həbsxanada silahlı atışma olub. Kolima Prokurorluğundan verilən açıqlamada, qarşıdurma zamanı 9 məhbusun həyatını itirdiyi, 7 məhbusun isə yaralandığı və xəstəxanaya aparıldığı bildirilib.
Məhkumlar arasında toqquşma atışma səsləri eşidildikdən sonra müşahidə edilib. Həbsxanaya çox sayda təhlükəsizlik qüvvəsi göndərilərkən, təxminən bir saat sonra qarşıdurma nəzarət altına alınıb və təhlükəsizlik bərpa edilib.
Dövlət ictimai təhlükəsizlik naziri Manuel Lerandi Ruiz münaqişədən sonra ələ keçirilən tapança, bıçaq və cib telefonlarının hücumdan əvvəl kənardan həbsxanaya gətirildiyinin müəyyən edildiyini bildirib.