Son günlərdə Türkiyədə müşahidə olunan qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.
Teleqraf.com xəbər verir ki, ölkənin bir çox bölgəsində buzlaşma müşahidə olunacaq.
Meteoroloqlar şaxta ilə yanaşı, duman və sis olacağı xəbərdarlığını edirlər. Anormal hava şəraitinin bir müddət davam edəcəyi gözlənilir.
Bununla yanaşı, mütəxəssislərin güclü yağışların başlayacağı xəbərdarlığını ediblər. Qərbi Qara dəniz sahilləri, Trabzonun şərqi, Sakarya və Kocaelinin şimal və cənub rayonlarında güclü qar yağıb. Vanda isə buzlaşma və şaxta səbəbindən nəqliyyatın hərəkətində ləngimələr müşahidə olunur. Qar örtüyünün yüksək olduğu yerlərdə uçqun risk qalmaqdadır.
Ağdəniz və İç Anadoluda isə fırtına olacağı xəbərdarlıq edilib.