27 Yanvar 2022 10:24
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Ukraynada gizlənən Nuri Gökhan Bozkırını həbs edərək ölkəyə gətirib.

Teleqraf.com xəbər verir ki, ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan 2002-ci ildə sui-qəsd nəticəsində öldürülən tarixçi Nəcib Hablemitoğlunun qətli ilə bağlı kritik məlumatları ilk dəfə ictimaiyyətlə paylaşıb.

Ərdoğan qətl şübhəlisi Nuri Gökhanın MİT tərəfindən Ukraynada tutularaq Türkiyəyə gətirildiyini açıqlayıb.

Prezident Ərdoğan deyib ki, MİT uzun müddətdir bu sui-qəsdin şübhəlilərindən biri olan Nuri Gökhan Bozkırın izinə düşüb. Bu şəxs qırmızı bülletenlə axtarışa verilib. O, xaricə qaçdığı 2015-ci ildən FETÖ media orqanlarına verdiyi müsahibələrdə ölkəmizə qarşı əsassız iddialar irəli sürür.

“Kəşfiyyatımız onun Ukraynada gizləndiyini müəyyən etdi və biz Zelenski və əvvəlki dövlət başçıları ilə bu şəxsin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı danışdıq. Bu, qətldə şübhəli bilinən şəxs kimi ölkəmizin ədliyyə orqanları qarşısında cavab verir. Bu iş sona çatdı, FETÖ ilə əlaqələrindən başqa İŞİD-ə silah və sursat tədarük etdiyi də bilinir Bu şəxsin tutularaq ölkəmizə gətirilməsi keçmişdəki üstü açılmamış qətllərə işıq salmaq əzmimizin sübutudur”, - Prezident deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər