Ukraynanın Rusiya və NATO-nu sıxışdıraraq Donbasla bağlı güc yolunu seçməsi ən dramatik nəticələrə səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Bu, ən dramatik, sadəcə olaraq fəlakətli ssenari olardı. Ümid edirəm ki, bu, heç vaxt baş verməyəcək”, - Medvedyev bildirib.
Eyni zamanda o qeyd edib ki, NATO ölkələrində və ABŞ-da bəzi məntiqsiz düşünən şəxslər artıq bu mövzunu müzakirə edirlər: “Ancaq mən bunun heç vaxt baş verməyəcəyini gözləyirəm”.