Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təhlükəsizlik zəmanəti təkliflərinə cavabını şəxsən oxuyub.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi jurnalistlərlə söhbət zamanı müvafiq suala təsdiqləyici cavab verib.
Bundan əvvəl ABŞ-dan bildirilib ki, Prezident Co Bayden şəxsən dəyişikliklər edib və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yekun cavabı təsdiqləyib.
Moskva hazırda Vaşinqtonun cavabını öyrənir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi kimi, əsas təhlükəsizlik məsələsi – NATO-nun Şərqə doğru genişlənməməsi ilə bağlı məsələyə ABŞ müsbət cavab verməyib.