27 Yanvar 2022 17:03
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya siyasətçilərinin müstəqilliyini elan etmiş Donetsk və Luqansk respublikalarına (separatçı rejimlərə - red.) hərbi yardım etmək təşəbbüsü yenidir, əvvəllər belə bir şey olmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, bu təklifin dövlət başçısı Vladimir Putin tərəfindən nəzərdən keçirilib-keçirilməməsindən xəbərsizdir.

“Əlbəttə, prezident bundan xəbərdardır. O, bu mövzunun “Vahid Rusiya” üçün nə qədər həssas olduğuna anlayır. Amma indi prezidentdən belə təşəbbüslərə reaksiya yoxdur”, - Peskov bildirib.

Bundan əvvəl Federasiya Şurasının birinci vitse-spikeri, hakim “Vahid Rusiya” partiyasının ali şurasının katibi Andrey Turçak bildirib ki, Rusiya Kiyevin hazırladığı hərbi təcavüzün qarşısını almaq üçün “Donbas respublikaları”nı silahla dəstəkləməlidir. Ondan başqa, sözügedən partiyanın Duma fraksiyasının rəhbəri Vladimir Vasilyev də bu təşəbbüslə çıxış edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər