27 Yanvar 2022 17:38
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabında ABŞ NATO-nun şərqə doğru genişlənməməsi ehtimalını şərh etməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu sənəddə əsas məsələyə müsbət reaksiya yoxdur. NATO-nun Şərqə doğru daha da genişlənməsinin və Rusiya Federasiyasının ərazisini təhdid edə biləcək zərbə silahlarının yerləşdirilməsinin yolverilməzliyi bizim hər kəsə bəlli olan mövqeyimizdir”, - Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, ABŞ və NATO-nun cavabları ilə bağlı Moskvanın gələcək addımları ilə əlaqədar qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər