Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu hələlik tarixin müəyyən edilmədiyini, amma hazırkı qrafikə görə, Putinin Pekin olimpiadasından dərhal sonra Türkiyəyə gələ biləcəyini bildirib.
“Strateji Əməkdaşlıq Toplantısı üçün Ərdoğan Putini Türkiyəyə dəvət etdi. Yanvar ayı uyğun gəlmədi. Kreml Putinin Pekin olimpiadasından qayıtdıqdan sonra tarixin veriləcəyini açıqlayıb”, - nazir deyib.
Mövcud qrafikə görə bu müddət ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın da Ukraynaya səfər edəcəyini bildirən Çavuşoğlu Türkiyə liderinin Putinlə görüşünün bundan dərhal sonra keçirilməsinin planlaşdırıldığını söyləyib.
Çavuşoğlu Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı əlavə edib: “İstəyimiz Ukrayna ilə dialoqun davam etməsidir”.