28 Yanvar 2022 08:45
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 yanvar yerli vaxtla saat 08:00-a olan məlumata görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnaya bölgələrində vəziyyət sabit qiymətləndirilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

Sərhəd Xidmətindən qeyd olunub: "Gecə insidentsiz sakit keçib. Vəziyyətə nəzarət və monitorinqi Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti həyata keçirir".


Müəllif: Teleqraf.com