28 Yanvar 2022 11:48
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Ukrayna-Rusiya sərhədinə fokuslaşdığı bir vaxtda Amerikanın “Vaşinqton Post” qəzetində dərc edilən məqalə hər kəsin diqqətini çəkib. Qəzet ABŞ-ın Şərqi Avropaya qoşun yeridə biləcəyini yazıb.

Teleqraf.com xəbər verir ki, ABŞ mətbuatı Vaşinqton administrasiyasının Kiyevə milyonlarla dollar dəyərində silah göndərdiyinə vurğu edərək bölgəyə ordu göndərilməsinin də mümkünlüyünü qeyd edib.

Şərqi Avropada NATO əsgərlərinə dəstək vermək üçün 8 500 əsgərin hazır vəziyyətə gətirildiyini xatırladan “The Washington Post” isə qeyd edir ki, 82-ci və 101-ci Hava Desant Diviziyaları, XVIII Hava Dəstəsi və 4-cü Piyada Diviziyası Şərqi Avropaya göndərilə bilər. Qeyd edilir ki, hazırda bölgədə (Şərqi Avropada) təxminən 40.000 əsgər var.

“The Wall Street Journal” qəzeti Ukrayna sərhədində 100 min əsgər toplayan Rusiya ordusunun tibb hissələrini də cəbhə xəttinə daşıdığını və işğal əməliyyatının son mərhələsinə daxil olduğunu yazıb. Qaynaqlarının qərb müdafiə strukturu olduğunu qeyd edən qəzet əlavə edib ki, “Maxar” şirkəti tərəfindən peyk vasitəsilə bölgənin şəkli çəkilib.

Qara dəniz, Barents dənizi və Belarus kimi müxtəlif cəbhələrdə güc nümayişi keçirən Rusiya isə real güllələrdən istifadə edir. Rusiya mətbuatı 20-dən çox hərbi gəminin Qara dənizə üzərək hava və quru hədəflərini atəşə tutduğunu yazır. Gəmilərin “hücum” qrupuna “Admiral Essen” freqatının rəhbərlik etdiyi qeyd olunur.

Rus ordu televiziyası “Zvezda” atəş açan gəmilərin görüntülərini nümnayiş etdirərək əsas hədəflərin real güllələrlə məhv edildiyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər