NATO-ya üzv ölkələrin müdafiə nazirliklərinin rəhbərləri fevralın 16-17-də Brüsseldə görüş keçirəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə alyansın bəyanatında deyilir.
“Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası 16 fevral 2022-ci il çərşənbə və 17 fevral cümə axşamı günü NATO-nun mənzil-qərargahında keçiriləcək”, – NATO-nun rəsmi saytında deyilir.
İclas NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə üzbəüz keçiriləcək.