29 Yanvar 2022 11:33
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi texnika təqdim edib.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

11 ədəd təchizat maşını, iki ədəd mikroavtobus, iki ədəd traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə olunacaq.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib və onların imkanları ilə tanış olub. O, logistik avadanlıqların təqdim olunmasına görə Türkiyə səfiri Fatma Ceren Yazqana təşəkkür edib.

Xüsusi texnika Türkiyə və Gürcüstan hökumətləri arasında hərbi maliyyə əməkdaşlığına dair imzalanmış saziş çərçivəsində təhvil verilib.


Müəllif: Mənbə/Report