Məşhur amerikalı aktyor və rejissor Şon Penn “qorxaqlıq geni”ndən danışıb. Onun fikrincə, bəzi kişiləri ətək geyinməyə məcbur edən də budur.
Teleqraf.com xəbər verir ki, artist bu barədə “The Independent” nəşrinə müsahibəsində bildirib.
“Mən düşünürəm ki, kişilərin cins şalvardan imtina etməsinə və ətək geyinməsinə səbəb olan “qorxaqlıq geni” var”, – deyə mədəniyyət xadimi gümanını dilə gətirib.
Şon Penn müasir kişiləri “olduqca qadınlaşmış” hesab etdiyini bildirib. Onun sözlərinə görə, zərif cinsin heç də hamısı bu keyfiyyəti qiymətləndirmir.
“Mənim həyatımda çox güclü qadınlar var ki, kişiliyi onlara qarşı təzyiq əlaməti kimi qəbul etmirlər”, - aktyor fikirlərini bölüşüb.
2021-ci ilin oktyabrında məlum olmuşdu ki, Şon Pennin gənc arvadı 15 aylıq evlilikdən sonra boşanmaq üçün müraciət edib. 61 yaşlı Hollivud aktyoru və 29 yaşlı avstraliyalı aktrisa Leyla Corc 2020-ci ilin yayında evlənmişdi.