20 Noyabr 2014 13:40
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu iraqlı həmkarı Heydər Əl İbadinin dəvəti ilə iki günlük rəsmi səfər üçün İraqa gedib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, səfər iki ölkə əlaqələrinin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Müşahidəçilər səfəri İraqda yeni hökumətin qurulmasının ardından əlaqələrə yeni təkan verilməsi üçün mühüm bir fürsət kimi qiymətləndirir.

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının təhdidi ilə mübarizə məsələsinin Davudoğlunun Bağdad danışıqlarında önə çıxarılması gözlənilir.

Qeyd edək ki, bu üç ildə türk baş nazirin Bağdada ilk səfəridir.

Samir


Müəllif:

Oxşar xəbərlər