29 Yanvar 2022 22:42
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın yeraltı qaz anbarlarının təminat səviyyəsi yanvarın 27-də 40%-dən aşağı düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturunun (Gas Infrastructure Europe) məlumatında bldirilir.

Hazırda anbarda təxminən 42,8 milyard kubmetr qaz var ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,9 milyard kubmetr azdır. Yanvarın 27-nə olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarının yalnız 39,65%-i doludur.

Ən kəskin kəsir Avstriyada (23,26%), Niderlandda (27,49%) və Bolqarıstanda (32,92%) yaşanır.


Müəllif: Səxavət

Oxşar xəbərlər