29 Yanvar 2022 22:11
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Florensiya şəhərində keşiş kilsə zənglərini lazım olandan artıq çaldığına görə 2000 avro cərimələnib.

Teleqraf.com xəbər verir ki, Santa Mariya kilsəsinin keşişi Don Leonardo Gerrini illərdir kilsə yaxınlığında yaşayan insanlarla savaş içindədir.

Kilsə yaxınlığında yaşayan insanlar hər gün erkən saatlarında çalınan zənglərin onların işləməsinə, dincəlməsinə və yatmasına mane olduğunu bildiriblər. Vəziyyətdən şikayət edənlər xüsusilə bayram günlərində yarım saatdan bir çalınan zənglərin onları daha çox narahat etdiyini deyiblər.

Buna görə də dörd ildir ki, aidiyyəti qurumlara şikayət edilirdi. Şikayətlərin ardınca aparılan araşdırmadan sonra keşiş Gerrini 2000 avro cərimələyib.

Keşiş bundan sonra yalnız kilsədəki əsas dini mərasimlər və axşam saat 18:00-da zəngləri çala biləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər