29 Yanvar 2022 16:10
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın şərqində yağan güclü qar səbəbindən ölkənin ən işlək hava limanlarından bəzilərində 3000-dən çox reys təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, ümumilikdə 10 ştatda qar fırtınası xəbərdarlığı edilib.

Güclü qar səbəbindən Men, Nyu-Hempşir, Massaçusets, Rod-Aylend, Konnektikut, Nyu-York, Nyu-Cersi, Delaver, Merilend və Virciniya ştatlarının hava limanlarında 3000-dən çox aviareys təxirə salınıb.

Rəsmiilər insanları yollardan uzaq durmağa çağırıb. Virciniya ştatında qar fırtınası səbəbindən yüzlərlə sürücü yolda qalıb.


Müəllif: Yeganə Oqtayqızı