29 Yanvar 2022 21:56
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO müttəfiqlərinin Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı fərqli baxışları var.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Müdafiə silahlarına gəlincə, müttəfiqlərin fərqli baxışları var. Bəzi müttəfiqlər, məsələn, Böyük Britaniya, ABŞ və ya Baltikyanı ölkələr Ukraynanı bu növ silahlarla təmin edirlər”, - deyə baş katib bildirib.

Stoltenberqin sözlərinə görə, NATO müttəfiqlərinin Ukraynaya dəstək təklif etmək öhdəliyi var. O, həmçinin qeyd edib ki, alyans artıq dövlətə siyasi və praktiki yardım göstərir, Kiyevə müdafiə institutlarını modernləşdirməyə, korrupsiyaya qarşı mübarizəyə və kibermüdafiə mexanizmlərinin yaradılmasına kömək edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər