29 Yanvar 2022 22:21
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntibah dövrünün italyan rəssamı Sandro Botiçellinin məşhur tablosu Nyu-Yorkdakı “Sotebi” Hərrac Evində 45 milyon dollara satılıb.

Teleqraf.com xəbər verir ki, onlyan hərracda iki nəfər arasında 100 000 dollardan satışa çıxarılan “Kədərli adam” tablosu xərclər və komissiyalar nəzərə alınmadan 39.3 milyon dollar dəyərində qiymətləndirilib.

Rəsmin ümumi dəyəri 45.41 milyon dollara çatıb.

Hərrac evi bunun İntibah dövrü rəssamının hərracda üçüncü ən bahalı rəsm əsəri olduğunu bildirib.

2017-ci ildə Leonardo da Vinçinin məşhur “Salvator Mundi” tablosu yenə Nyu-Yorkda keçirilən hərracda rekord məbləğə – 450 milyon dollara satılıb.

İsa Məsih təsvir edilən “Kədərli adam” əsərinin Bottiçelli tərəfindən əlli yaşlarının sonlarında, XVI əsrin birinci onilliyində çəkildiyi güman edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər