30 Yanvar 2022 00:29
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 29-da axşam saatlarında İtaliyada prezident seçkilərdə səsvermənin səkkizinci turu keçirilib. Bu turda hazırkı Prezident Sercio Mattarella yenidən prezident seçilib.

Teleqraf.com xəbər verir ki, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermədə həm sağ-mərkəzçilər, həm də sol-mərkəzçi partiyaların namizəd göstərdiyi Sercio Mattarella lazımi səs sayını toplayaraq İtaliyanın 13-cü prezidenti olub.

Bu səsvermədə namizədlər səslərin yarıdan çoxunu, yəni, 505 səs yığmalı idi.

Sercio Mattarella səsvermədən əvvəl yerli mətbuata açıqlamasında həyatı ilə bağlı başqa planlarının olduğunu, lakin parlamentin qərarına hörmətlə yanaşdığını deyib.


Müəllif: Teleqraf.com