Yəməndəki husi qiyamçıları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabiyə ballistik raket atıb.
Teleqraf.com xəbər verir ki, bunu BƏƏ-nin Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, BƏƏ silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi raketi göydə zərərsizləşdirib. Onun qalıqları isə boş əraziyə düşüb.
Husilər isə BƏƏ-yə qarşı genişmiqyaslı hərbi əməliyyatın təfərrüatını açıqlayacağını bildiriblər.
Qeyd edək ki, hazırda İsrail Prezidenti İshak Hersoq BƏƏ-də rəsmi səfərdədir.