Rusiya Hərbi Dəniz Donanması Atlantik okeanında keçirməyi planlaşdırdığı hərbi təlimlərin yerini dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Dublindəki səfiri Yuri Filatov bildirib.
Səfir deyib ki, rus donanmasının Atlantikdə keçirmək istədiyi təlim yerini İrlandiyanın müstəsna iqtisadi zonası kənarında keçirməyi qərar veriblər.
O, tələbin İrlandiya hökumətinin, eləcə də ölkənin cənub və qərb bölgəsindəki balıq istehsalçılarından gəldiyini açıqlayıb.
İrlandiyanın xarici işlər və müdafiə naziri Simon Koveney "Twitter" hesabında etdiyi paylaşımda yazıb ki, Rusiya donanmasının 3-8 fevral tarixləri arasında keçirilməsi planlaşdırılan təlim bölgəsini İrlandiyanın müstəsna sərhədləri xaricinə daşımaları qərarını alqışlayır.