31 Yanvar 2022 20:57
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Pakistanın kosmos sahəsindəki əməkdaşlığı Yunanıstanda qorxu yaradıb. Yunan mediası texnologiya baxımından Türkiyədən geri qaldıqlarını bildirib və buna görə hökuməti ittiham edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə və Pakistan ötən həftə rabitə peykləri və digər kosmos layihələri ilə bağlı birgə tədqiqatlar aparmaq üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

Yunanıstanda yayımlanan “DefensePoint” xəbər saytında dostluq əlaqələrindən başqa peyk və kosmos, eyni zamanda müdafiə sahələrində ciddi əməkdaşlıq edən Türkiyə və Pakistanın bu anlaşmasının rəqibləri üçün mühüm mesaj olduğunu yazıb.

Məqalədə Yunanıstanın texnoloji inkişaflarda geri qaldığı və Silahlı Qüvvələrdə kosmos bölməsinin yaradılmasının lazım olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu