1 Fevral 2022 10:55
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında gərginliyin davam etdiyi bir vaxtda ABŞ əsgərləri Ukrayna ordusuna ölkəyə göndərilən raketlər üçün təlim keçirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Ukrayna sərhədinə 100 mindən çox ordu toplaması ilə paralel olaraq Ukrayna tərəfi müdafiə bölmələrinin hazırlığını tam sürətlə davam etdirir. Ölkədə mülki şəxslərə əsas müdafiə taktikaları öyrədilir, ordu isə yeni silahlarla hazırlanır.

ABŞ tərəfindən Ukraynaya göndərilən silahlardan sonra bəlli olub ki, ABŞ mütəxəssisləri Ukrayna ordusuna A m141 reaktiv yaylım atəşi sistemləri üçün təlim keçib. ABŞ-ın Florida Milli Qvardiyasının ölkənin Polşa ilə sərhədi yaxınlığındakı Lvov şəhərində verdiyi bu təlimin görüntüləri yayımlanıb.

Ukrayna Müdafiə Nazirliyinin ictimaiyyətlə paylaşdığı görüntülərdə əsgərlərin tam təchizatla təlim keçdiyi də diqqət çəkir. Bu görüntülərin paylaşılması Moskvaya mesaj kimi qəbul edilsə də, hərbi ekspertlər bu görüntülərin ABŞ-ın Ukraynaya dəstəyini bir daha açıq şəkildə ifadə etdiyini vurğulayıblar.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ABŞ administrasiyasının çağırışı ilə keçirilən və Moskvanın Ukrayna sərhədində hərbi güclənməsinin müzakirə olunduğu iclasda Rusiya və Amerika nümayəndələri arasında şiddətli müzakirələr aparılıb. ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi səfir Linda Tomas-Qrinfild bildirib ki, Rusiyanın hərbi davranışları Avropada onilliklər ərzində müşahidə olunan ən böyük hərəkətdir.

Rusiya səfiri isə ABŞ-ı isteriya yaratmaqda və Rusiyanın daxili işlərinə müdaxilədə ittiham edib.


Müəllif: Nemət

Oxşar xəbərlər