1 Fevral 2022 20:37
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ölkə lideri Kim Çen Inın 2021-ci ildəki fəaliyyəti ilə bağlı sənədli film yayımlayıb.

Teleqraf.com xəbər verir ki, İngiltərənin “Mirror” nəşri sənədli filmdəki bəzi məqamlara diqqət çəkib.

Sənədli filmin müəllifləri onun faciəli şəkildə arıqlamasından sonra səhhətində yaranan problemlər haqqında yayılmağa başlayan şayiələrə xüsusi diqqət yetiriblər. Filmin müəllifləri Şimali Koreya liderinin xarici görünüşündəki dəyişiklikləri onun koronavirus pandemiyası və ərzaq böhranı səbəbindən Şimali Koreya üçün xüsusilə çətinləşən bir ildə çəkdiyi “ağır zəhmət”i ilə əlaqələndiriblər.

Filmdə arıqlamış Kim Çen Inın ölkənin bölgələrinə səfərlərinin birində pilləkənlərdən enərkən çətinlik çəkdiyi an göstərilib. Bu zaman filmdə bildirilib ki, lider çox zəhmət çəkdiyi və ölkəsinin gələcəyindən narahat olduğu, xalqının arzularını yerinə yetirmək üçün çalışdığı üçün "solub".

Koreya Mərkəzi Televiziyasının (KCTV) yaxın həftələrdə filmi təkrar-təkrar yayımlayacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər