2 Fevral 2022 00:13
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada parlamenti Ukrayna böhranını müzakirə etmək üçün xüsusi gündəmlə iclas keçirib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Castin Trüdo müsbət COVID-19 testi səbəbiylə karantində olduğu evindən onlayn əlaqə ilə iclasa qatılıb.

İki saatdan çox davam edən iclasda Trüdo deputatların suallarını cavablandırıb.

“Rusiya münaqişə axtarır. Əgər Rusiya Ukraynanı işğal edərsə, bunun ciddi və ağır nəticələri olacaq”, - baş nazir deyib.

Kanadanın Ukrayna hərbçilərinə tələm verdiyini və bunu önümüzdəki üç il ərzində də davam etdirəcəyini bildirən Trüdo Ukraynaya pul və hərbi texnika da göndərəcəklərini açıqlayıb.

Rusiyaya Ukraynanı işğal etməyi seçərsə, “ağır bədəl və ciddi nəticələr” barədə xəbərdarlıq edən Trüdo işğal baş verərsə, Rusiyaya qarşı koordinasiyalı iqtisadi sanksiyalar planlarını həyata keçirəcəklərinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər