2 Fevral 2022 08:25
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri İraqın və Suriyanın şimalında baza kimi istifadə etdikləri Derik, Sincar və Karacak rayonlarında PKK/KCK/YPG terrorçularına qarşı "Qış Qartalı" hava əməliyyatı keçirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Naziriliyi xəbər verib.

Məlumata əsasən, terrorçuların istifadə etdiyi sığınacaqlara, anbarlara, mağaralara, tunellərə, silah-sursat anbarlarına, habelə silahlıların "qərargahı" və təlim düşərgələrinə hücumlar edilib.

Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə edildiyi qeyd edilib.

Döyüş tapşırığını yerinə yetirdikdən sonra bütün təyyarələr sağ-salamat öz aerodromlarına qayıdıblar.

Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qətiyyətli mübarizəni davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər