2 Fevral 2022 11:21
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Boris Conson dünən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Londondan Kiyevə uçarkən əlindəki qırmızı çanta ilə diqqəti cəlb edib.

Teleqraf.com xəbər verir ki, Britaniya baş nazirinin özü ilə birlikdə Kiyevə apardığı qırmızı çantanın içində nələrin ola biləcəyi hazırda ciddi müzakirə mövzusudur.

Baş nazirin Kiyevdə Rusiyanı dialoqa çağırması və Ukraynanın işğalının həm Rusiya, həm də dünya üçün fəlakətə yol açacağını söyləməsi, habelə rus qoşunlarının dərhal Ukrayna sərhədləri yaxınlığından geri çəkməsini tələb etməsi göstərir ki, Consonun çantası boş olmayıb. Üstəlik Conson səfəri zamanı çantasını bir an belə diqqətdən kənarda buraxmayıb.

Ehtimal etmək olar ki, baş nazirin çantasında Ukrayna üçün qiymətli kəşfiyyat məlumatları, Rusiyanın hərbi davranışlarına dair proqnozlar və digər ələdüşməz məlumatlar olub.

Çantanın rənginin qırmızı olmasının isə hansısa mesaj xarakteri daşıdığını güman edilir.


Müəllif: Nemət

Oxşar xəbərlər