2 Fevral 2022 14:40
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Monteneqronun Moskvadakı səfirliyinə Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə Rusiya Federasiyasına girişinə qadağa qoyulması ilə bağlı nota göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya Federasiyası vətəndaşına siyasi sığınacaq verilməsinə cavabdır”.

Qeyd edək ki, iş adamı Telman İsmayılov Monteneqrodan sığınacaq alıb. İsmayılov və qardaşı Vaqif beynəlxalq axtarışa verilib, Rusiya məhkəməsi onları qiyabi həbs edib. İstintaq iş adamını iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Qardaşlar həmçinin silah alverində ittiham olunublar.


Müəllif: Nemət

Oxşar xəbərlər