2 Fevral 2022 17:10
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbasa xüsusi statusun verilməsinə nail olunmayacaq, indiki şəraitdə Kiyev güzəştə gedə bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.

Nazir Ukraynanın münaqişənin həllində diplomatik yola sadiqliyini qeyd edib, amma indiki çəraitdə Kiyevin heç bir güzəştə getmək niyyətində olmadığını vurğulayıb.

“Rusiyanın təsəvvür etdiyi kimi, xüsusi status olmayacaq”, - Kuleba bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyev Minsk razılaşmalarının həyata keçirilməsi üzərində işləməyə hazırdır:

“Amma Minsk razılaşmaları təhlükəsizlik məsələlərindən başlayır. Orada siyasi hissə yalnız ikinci yerdə qeyd olunub. Ona görə də hamı ilk növbədə təhlükəsizlik məsələlərinə diqqət yetirməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər