2 Fevral 2022 22:13
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Tayms” qəzeti Rusiya və Qərbi Avropa arasında bufer zonada yerləşən Polşanın 1 milyon qaçqını qəbul etməyə hazırlaşdığını yazıb.

Teleqraf.com xəbər verir ki, nəşr Rusiyanın mümkün işğalı ilə Ukraynanın dinc sakinlərinin qaçacağı marşrutlardan biri də onun qərb sərhədindəki Polşa olacağını iddia edib.

Rəsmi Kiyevə görə, işğal zamanı 3-5 milyon insan evlərini tərk etməli olacaq. Onların 1.5 milyonu artıq ölkənin şərqindəki münaqişədən qaçaraq başqa yerlərə köçüb.

Rəsmi Varşava 1 milyon qaçqının Ukrayna ilə təxminən 530 kilometr sərhədi olan Polşaya üz tutacağını gözləyir.

“Biz ən pis ssenariyə hazır olmalıyıq, 1 milyondan çox insan gələ bilər", - Polşa daxili işlər nazirinin müavini Masey Vasik bildirib.

“Tayms” yazıb ki, Ukraynanın digər qonşuları Slovakiya və Çexiya da on minlərlə qaçqının gəlməsini gözləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər