3 Fevral 2022 11:04
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan ordusunun istefada olan generalı Yevangelos Yorqusis Türkiyənin “Bayraktar” dronlarının ciddi bir “baş ağrısına” çevrildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Yunanıstan heyətləri türk PUA-larının son vaxtlar Egey dənizində uçuşlarının sayını artırmasından narahat olub.

Bu narahatlıq Yevangelos Yorqusisin “Ta Nea” qəzetində dərc olunan məqaləsində əksini tapıb.

Generala görə, “Bayraktar”ların Meriçdən Meys adasına uçuşları Yunanıstan Müdafiə Nazirliyi üçün ciddi “baş ağrısına” çevrilib. Onun sözlərinə görə, türk dronları həm Yunanıstan hərbi gəmilərinin Egeydəki hərəkətlərini, həm də Yunanıstanın adalardakı müdafiə nöqtələrini asanlıqla izləyə bilir.

Türkiyənin dronlarını havaya qaldırmaqla Egeylə bağlı tezislərini Yunanıstana xatırlatdığı bildirilən məqalədə yunan “F-16”larının xərclərinin çox olmasına baxmayaraq, tez-tez türk PUA-larının qarşısını almaq üçün havaya qalxmalı olduqları vurğulanıb.

Yunanıstanın bunun öhdəsindən gəlməsinin asan olmadığı, Egeydə uçan türk PUA-larının sayı və uçuş saatları artırılarsa, vəziyyətin daha da çətinləşəcəyi qeyd edilib:

“Bəziləri həll yolu kimi türk PUA-larının vurulması fikrini irəli sürürlər. Belə bir şey ancaq baş verəcək gərginliyin sadəcə Yunanıstanın lehinə olacağına qərar veriləcəyi təqdirdə həll yolu ola bilər”.

Məqalədə “Bayraktar TB2”nin xüsusiyyətlərindən də bəhs olunub:

“Texnologiya durmadan inkişaf edir. Bəlkə bir gün texnologiya sayəsində “Bayraktar” qalxdığı bazaya qayıtmaq əvəzinə başqa bir bazaya (yunan bazaları nəzərdə tutulur) enəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər