3 Fevral 2022 11:57
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin fevralın ikinci yarısında Türkiyəyə səfər edə bilər.

Teleqraf.com bu barədə “A haber” telekanalına istinadla xəbər verir.

“Tarixi Pekin Olimpiadasından sonra səfər fevralın ikinci yarısında baş tutacaq”, - deyə telekanal bildirir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin Pekin Olimpiadasının açılışından sonra mümkün olduğunu bildirmişdi.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvətindən yararlanacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər