Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.