Rusiyanın Ukrayna ərazisini işğal etmək üçün “saxtalaşdırma əməliyyatı” keçirməyə hazırlaşdığına dair daha əvvəl kəşfiyyat məlumatları paylaşmışıq.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
Polkovnik əlavə edib ki, bu mövzuda bir seçim olaraq Rusiyaya bağlı qüvvələr Rusiya ərazisinə və ya ruslara hücum edəcəyini, amma bunun Ukrayna ordusu və kəşfiyyatı tərəfindən olunduğu açıqlanacaq:
“Hesab edirik ki, bu Rusiyanın atacağı addımın bir parçası olacaq. Rusiyanın cəsədlərinin görüntüləri, ağlayırmış kimi görünən insanlar, dağıdılan binaların göstərilməsi, ukraynalı əsgərlərin əlində qərb mənşəli avadanlıqlar və silahların olması daxil olmaqla son dərəcə şiddəti özündə ehtiva edən video hazırlaya bilərlər”.
“New York Times” qəzetinə danışan ABŞ rəsmiləri isə rusların Türkiyənin Ukraynaya verdiyi TB-2 dronlarının sözügedən saxta videoda yer ala biləcəyini iddia edib.
ABŞ kəşfiyyatı və administrasiyası daha əvvəl iddia etmişdi ki, Rusiya Ukraynaya işğala zəmin hazırlamaq üçün yalan əməliyyat keçirmək üçün Ukraynanın şərqinə xüsusi təyinatlılar yerləşdirib.