5 Fevral 2022 11:06
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov Türkiyənin Ukraynaya pilotsuz təyyarələr satmasının Ankara-Moskva münasibətlərinə təsir etməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Vladimir Cabarov Ukrayna prezidenti Zelenskinin Türkiyə ilə “Bayraktar” dronlarının istehsalını artırmaq üçün müqavilə imzaladıqları barədə bəyanatından danışıb.

“Bunun Türkiyə ilə münasibətlərimizə təsir edəcəyini düşünmürəm. Türkiyə öz silahını satır, bu onun öz daxili işidir, bununla bağlı heç bir şikayətimiz yoxdur”, - deyə o bildirib.

Əlavə edib ki, Rusiya və Türkiyənin bir-biri ilə əlaqəsi var: “Türkiyədə atom elektrik stansiyası tikirik, S-400-ləri bu ölkəyə göndəririk, təbii qazımız Türkiyədən keçir. Ukraynaya gəlincə, bu cür addımların nə qədər yanlış olduğunu zaman göstərəcək”.


Müəllif: Nemət